29 Aprel 2023 23:12
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı danışığı baş tutub, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi, o cümlədən iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər regionda sabitliyin və sülhün təmin olunması istiqamətində ardıcıl iş aparıldığını vurğulayıblar. Digər humanitar məsələlər də müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər