2 May 2023 12:33
4 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Niyə Türkiyə ilə danışıqlara rəhbərlik edən vitse-spiker Ruben Rubinyan ABŞ-da Azərbaycanla danışıqalara və ya onunla münasibətlərin tənzimlənməsi prosesinə qatılıb? Əslində, Rubinyan türklərin görünmədiyi danışıqlarda iştirak edir. Rəsmi xəbərə görə, danışıqların gündəliyi Ermənistan-Azərbaycan münasibətləridir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib.

“İndi sual ondan ibarətdir ki, Ermənistan hakimiyyəti Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsini bir götürür? Belə çıxır ki, Ermənistan hakimiyyəti bununla bağlı Türkiyənin ilkin şərtinə tabedir. Türklər hələ 90-cı illərdə bunu etmək istəyirdilər, həmişə deyirdilər ki, Ermənistan-Azərbaycan münasibətləri yoluna qoyulmayana qədər Ermənistan-Türkiyə münasibətləri heç vaxt həll olunmayacaq”, - deputat bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda müzakirələr dünən başlayıb. ABŞ dövlət katibi Entoni Blinken danışıqların həftə boyu davam edəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər