3 May 2023 11:37
5 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton İrəvan qarşısında şərt qoyub: saziş mütləq şəkildə yaxın aylarda imzalanmalı, Bakı və İrəvan şərti dövlət sərhədinin delimitasiyası ilə demarkasiyasına başlamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında davam edən müzakirələrin daha bir neçə gün çəkəcəyini istisna etmir:

“Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar minimum üç gün də davam edəcək. Tərəflər yekun sülh sazişinin ilkin layihəsinin razılaşdırılmasına çox yaxındır. ABŞ Ermənistanı mayın sonuna qədər sülh müqaviləsinin ilkin variantını imzalamağa məcbur edir.

Daha konkret olsaq, Vaşinqton İrəvan qarşısında şərt qoyub: saziş mütləq şəkildə yaxın aylarda imzalanmalı, Bakı və İrəvan şərti dövlət sərhədinin delimitasiyası ilə demarkasiyasına başlamalıdır.

Sazişdə Qarabağ Azərbaycanın tərkib hissəsidir. ABŞ İrəvanın və ermənilərin ümidlərini alt-üst edərək qarabağlı ermənilərin “müstəqillik” və ya “öz müqəddaratını təyin etmək hüququ” kimi tələblərini absurd sayıb, bunu da Ararat Mirzoyanın nəzərinə çatdırıb. Vaşinqton qarabağlı erməniləri sadəcə Azərbaycan tərkibində etnik azlıqlardan biri kimi görmək istədiyini İrəvana bildirib.

Yekun sülh sazişinin müzakirə edilən ilkin layihəsində 14 bənd, 3 fəsil var. Əlbəttə, sənədin məzmununun dəyişiklərə uğraması, əlavələr edilməsi ilə bağlı müzakirələr davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər