3 May 2023 12:29
3 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün ermənilərin katolikosu II Qaregin şəxsi təhlükəsizliyindən narahat olmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet ermənilərin baş keşişinin bu qorxusunun Ermənistan hakimiyyəti ilə arasındakı gərginlikdən qaynaqlandığını iddia edir:

“Eçmiədzin kilsəsindən qəribə xəbərlər gəlir. Mənbələrimiz deyirlər ki, ruhani kəsim katolikosun son zamanlar artan qorxularından çox narahatdır. Katolikos heç vaxt bu qədər narahat olmayıb. Amma buna baxmayaraq, son vaxtlar qorxuların artması bütün gözləntiləri üstələyib.

Mənbələrimiz bildirir ki, II Qaregin hər yerdə satqın və xain axtarır, amma Ermənistanın suverenliyi, Qarabağ məsələsi kontekstində yox, yalnız şəxsi təhlükəsizliyi və kreslosunu itirməməsi kontekstində. Məlumatlı mənbələrə görə, II Qareginin qorxusu o qədər artıb ki, kilsənin ayrı-ayrı şöbələrində, iş otaqlarında, hətta kilsənin ərazisində fəaliyyət göstərən və din xadimlərinin tez-tez nahar etdikləri yeməkxanada telefon danışıqlarını dinləməyə başlayıblar.

Din xadimləri hesab edirlər ki, bu patoloji qorxuların səbəbi hakimiyyətlə nizamsız münasibətlərdir. Elə bu səbəbdəndir ki, katolikos cəmiyyətdə az-çox tanınmış din xadimlərinə güzəştə getməyə çalışır ki, onları lazımi məqamda istədiyi şəkildə idarə edə bilsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər