Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb.
Teleqraf.com “NTV”yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu məlumat verib.
Buna səbəb İrəvanda “Nemezis” terror əməliyyatına abidənin ucaldılması olub: “Bu, qəbuledilməzdir. Buna cavab olaraq hava məkanımızı Ermənistan təyyarələri üçün bağladıq. Ermənistanın Türkiyə və Azərbaycana qarşı təxribatları olduğu müddətdə təyyarələrin hava məkanımızdan keçməsinə icazə verməyəcəyik. Ermənistan parlamentinin spikerinin Türkiyəyə səfəri istisna olacaq, buna icazə verdik. Ermənistan təxribatları dayandırmasa, başqa tədbirlər görəcəyik”.
Ermənistan mediasının yazdığına görə, Türkiyə aprelin 29-u “Flyone Armenia” şirkətinə Türkiyənin hava məkanı üzərindən Avropaya uçuşlar üçün daha əvvəl verilən icazəni ləğv edib.