Rusiya Xarici İşlər Nazirliyi ABŞ-da davam edən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarını şərh etməyib.
Teleqraf.com xəbər verir ki, Rusiya XİN-in sözçüsü bunun Rusiyaya aid məsələ olmadığını bildirib.
“Dediyiniz danışıqlar Rusiyanın yox, başqa dövlətlərin iştirakı ilə gedir, ona görə də orada gedən proseslərdə başqa dövlətlər maraqlı olmalıdır”, - Rusiya rəsmisi deyib.
Zaxarovanın sözlərinə görə, danışıqların nəticələri ilə bağlı tərəflər müvafiq açıqlamalar verdikdən sonra müəyyən təəssürat yaratmaq mümkün olacaq:
“Bəlkə bundan sonra şərh edə biləcəyik. Amma indi yox, sonra”.