4 May 2023 12:14
3 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirlərinin ABŞ-dakı danışıqlarında Azərbaycanın Ermənistandakı anklavlarının qaytarılması da müzakirə edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Qəzet qeyd edir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında Vaşinqton danışıqları ictimaiyyətdə maraq doğurarkən, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında bəzi şəxslər danışıqların nədən getdiyini bilirlər. Nəşr rəsmi mənbəyə istinadla Ermənistanın danışıqlarda münasibətlərin normallaşdırılması haqqında sazişi imzalamağa məcbur edildiyini iddia edir.

Məlumatda Qarabağ məsələsinə də diqqət çəkilir:

“Ermənistan buna qarşı deyil və çoxdan açıq şəkildə bəyan edib ki, Qarabağ məsələsini sənədin imzalanmaması üçün ilkin şərt hesab etmir, Qarabağ erməniləri üçün təhlükəsizlik zəmanəti almaq şərti ilə bölgəni faktiki olaraq Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır”.

“Mənbəmiz danışıqların konkret hansı istiqamətlər üzrə davam etdiyini ətraflı açıqlamasa da, söhbətin həm də anklavlardan getdiyinə diqqət çəkib”, - məlumatda deyilir.

“Hraparak” Azərbaycanın Vaşinqtonda danışıqlarında Ermənistandakı anklavlarını – Qazaxın 7, Naxçıvanın 1 kəndini geri qaytarmağı tələb etdiyini vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər