4 May 2023 11:54
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla Azərbaycan arasında sülh mümkündür”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

“ABŞ hesab edir ki, problem hərbi yolla həll oluna bilməz və diplomatiya vasitəsilə birbaşa dialoq irəliyə doğru etibarlı yoldur. Buna görə də biz çox şadıq ki, bu mühüm danışıqlarda iştirak etmək üçün hər iki ölkənin xarici işlər nazirlərini Xarici Xidmət İnstitutunda qəbul etdik. Dediyim kimi: dövlət katibi və Dövlət Departamentinin digər rəsmiləri bu işdə fəal iştirak edirlər və bu prosesi yaxından izləyəcəyik”, - ABŞ rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər