4 May 2023 16:45
3 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-dakı danışıqlarına münasibəti erməniləri qəzəbləndirib.

Teleqraf.com xəbər verir ki, “Hraparak” qəzeti Rusiyadan Ermənistanın əleyhinə olduğunu iddia etdiyi prosesə müdaxilə gözlədiklərini etiraf edib.

Erməni nəşri Rusiya rəsmisinin şərhini “diqqət yayındıran” adlandırıb:

“Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqları ilə bağlı suala qaçaq cavab verdi. Sadəcə bildirdi ki, danışıqlar Rusiyanın yox, digər ölkələrin iştirakı ilə gedir, ona görə də prosesin gedişi ilə bağlı birbaşa iştirakçılardan soruşmaq lazımdır. Zaxarova onu da dedi ki, danışıqların nəticələrinə görə, tərəflər müvafiq bəyanatlar verəndə və hər biri özünü ifadə edəndə təəssürat yaratmaq mümkün olacaq, ola bilsin, bu, Rusiya tərəfinə şərh vermək hüququ verəcək.

Zaxarovanın bu qaçaq cavabı bir az təəccüblüdür. Rusiya Qərbin, xüsusən də ABŞ-ın Qarabağ məsələsinə hər hansı müdaxiləsinə həmişə mənfi münasibət bəsləyib və hər hansı formada müdaxilədən çəkinməyib. Amma deyəsən, bu dəfə nəsə başqa şey var, Zaxarova yumşaq desək, “diqqət yayındıran” cavab verir.

Bunun müxtəlif səbəbləri ola bilər. Amma nə olur-olsun, daim anti-Qərb ifadələri ilə seçilən Rusiya Xarici İşlər Nazirliyinin sözçünün verdiyi qaçaq, təmkinli, eyni zamanda “balanslı” cavabı, şübhəsiz ki, diqqətçəkəndir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər