11 May 2023 12:30
4 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan, İran və Hindistan “Fars körfəzi-Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzərində işləyir. Hindistan tərəfi Ermənistanı körpü hesab edir, onun köməyi ilə Hindistandan gələn mallar Avrasiya İqtisadi Birliyi bazarına çıxa biləcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Hindistanın Ticarət və İqtisadiyyat Təşkilatının rəhbəri Asif İqbal deyib.

Onun sözlərinə görə, məsələ üç ölkənin liderləri səviyyəsində müzakirə olunur.

“2024-cü ildə Hindistan Avrasiya İqtisadi Birliyində müşahidəçi olmaq niyyətindədir. Bu, Ermənistanla bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə imkan verəcək”, - İqbal bildirib.

O, yaxın vaxtlarda Hindistanın Ermənistandakı səfirliyinə müdafiə məsələləri üzrə attaşenin təyin ediləcəyini də açıqlayıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rəsmi Dehliyə Hindistan mallarının Qara dəniz vasitəsilə Avropa və Rusiyaya ixracı üçün əlavə ticarət marşrutu yaratmağı təklif edib. Bu, Fars körfəzi-Qara dəniz xəttidir. “Sputnik Ermənistan” layihənin ideyasının İrana məxsus olduğunu yazır və qeyd edir ki, Tehranın da bu xəyali xəttin reallaşmasında maraqlıdır.

Xəyali proje molla rejimi tərəfindən Türkiyə və Azərbaycan tərəfindən Zəngəzur dəhlizi məsələsinin gündəmə gətirilməsindən sonra ortaya atılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər