Ermənistan Baş naziri Nikol Paşinyan mayın 14-də Brüsselə gedəcək.
Teleqraf.com xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.
“Bazar günü danışıqlar üçün Brüsselə getmək qərarımı dəyişmədiyimi bildirmək istəyirəm.
Bəs bazar günü Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə qədərdir? Təəssüf ki, belə bir imkan çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli sazişin layihəsi hələ çox ilkindir və onun imzalanması haqqında danışmaq hələ tezdir”, - Paşinyan qeyd edib.
Baş nazir qeyd edib ki, həmin sənədi mümkün qədər tez yetişdirmək və imzalanmağa hazırlamaq problemi var.