11 May 2023 13:43
3 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva yekun sülh sazişinin məhz onun “fəal iştirakı” olmadan imzalanmaması üçün əlindən gələni edib, edir və edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası toplayan Ermənistanın növbəti təxribata zəmin yaratdığını bildirib:

“Ermənistanın mövqelərimizi atəşə tutmasının və vəziyyəti süni şəkildə gərginləşdirməsinin arxasında birbaşa Rusiyanın kölgəsi görünür.

Moskvanın məqsədi mayın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında aparılacaq danışıqlar ərəfəsində situasiyanı mümkün qədər ekstremallaşdırmaq, müzakirələrin nəticəsiz başa çatmasına nail olmaqdır.

Rusiya yekun sülh sazişinə gedən yolda “əsas vasitəçi və moderator” rolunu itirmək, təşəbbüsün ABŞ-la Avropa İttifaqının əlinə keçməsini istəmir. Moskva Ermənistanın Azərbaycanla şərti dövlət sərhədi boyunca Avropa İttifaqının monitorinq missiyasının əvəzinə KTMT kontingentinin yerləşdirilməsini istəyir.

Moskva yekun sülh sazişinin məhz onun “fəal iştirakı” olmadan imzalanmaması üçün əlindən gələni edib, edir və edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər