13 May 2023 21:14
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Qarabağ ermənilərinin taleyinin sülh sazişində təsbit olunmasını istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının gecikməsinin bir sıra səbəbləri var.

Birinci, Azərbaycan Qarabağın adının sülh sazişində çəkilməsini istəmir.

İkinci, Ermənistan Qarabağ ermənilərinin taleyinin sülh sazişində təsbit olunmasını istəyir.

Üçüncü, Rusiya sülh sazişinin bağlanmasını və “Qarabağın statusu”nun sonraya saxlanmasının qeyd olunmasını istəyir.

Dördüncü, Qərb sülh sazişinin bağlanması ilə eyni vaxtda Qarabağ ermənilərinin Qarabağda qalmasına təminat istəyir.

İndi bu durumda sülh mümkündürmü? Digər bütün məsələlər texniki xarakterlidir - Zəngəzur dəhlizi də, sərhədlərin dəqiqləşdirilməsi də, kommunikasiyaların açılması da”, - jurnalist bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər