16 May 2023 17:00
2 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağla bağlı tələbini yerinə yetirir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Armen Rüstəmyan deyib.

“Paşinyan (Brüsseldə) öz tələsinə düşdü. Bundan əvvəl də bildirmişdi ki, biz 29.8 min üçün mübarizə aparırıq, Əliyev bildirdi ki, onların da ərazilərinin ölçüsü var – 86.6 min kvadrat kilometr. İndi bu rəqəmlər üzrə hesablasaq, Qarabağın Azərbaycanın bir hissəsi olduğu bəlli olur. Əliyevin Nikolun qarşısında qoyduğu tələbdən danışsaq, o deməlidir ki, Qarabağ Azərbaycandır və nöqtə. Amma o əvvəllər demişdi ki, Qarabağ Ermənistandır və nöqtə. Bir gün açıq formada bunu deyəcək. Əslində, artıq deyilib. Anlayanlar anlayıblar”, - siyasətçi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər