17 May 2023 23:55
11 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyana da aydındır ki, KTMT ölkəsini qoruya bilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert KTMT missiyasının Ermənistanda yerləşdirilməsinin effektli olmayacağını bildirib:

“Rusiya xarici işlər naziri Sergey Lavrov iddia edib ki, Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasını yerləşdirsəydi, guya bundan udardı. Onun sözlərinə görə, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi.

KTMT missiyası Ermənistanda yerləşsəydi belə, təşkilatın hərbi müşahidəçiləri Avropa İttifaqının müşahidə missiyası kimi təmas xəttindəki (şərti sərhəddə) toqquşmaların qarşısını ala bilməyəcəkdilər.

Birincisi, missiyanın tərkibi kiçik olacağından hərbi müşahidəçilər bütün sərhədboyu yerləşə bilməyəcəkdilər.

İkincisi, erməni hərbçiləri missiyanın arxasından mövqelərimizi atəşəsə tutsaydılar, yenə cavablarını alacaqdılar və bu halda Avropa kimi, KTMT missiyasının da faydasız olacağı anlaşılacaqdı.

Üçüncüsü, KTMT missiyasının əsasını rusiyalı hərbçilər təşkil edəcəkdilər ki, onlar onsuz da Ermənistandakı hərbi bazalarda xidmət edirlər, təşkilatda Azərbaycana dost dövlətlərin İrəvanın xeyrinə qərar verəckləri şübhə altındadır.

Lavrovun KTMT missiyası ilə bağlı sözləri sadəcə Paşinyana müxalif olan qüvvələrə ünvanlanıb ki, baş nazirin qətiyyətsizliyindən ona qarşı istifadə etsinlər. Nikol Paşinyan KTMT missiyası bir yana qalsın, təşkilatı tərk etmək barədə düşünür. Çünki Paşinyana da aydındır ki, KTMT Ermənistanı qoruya bilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər