Hesablama Palatasının Kollegiya iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Hesablama Palatasının 2014-cü il dekabr ayının 29-da keçirilən Kollegiya iclasında, Palatanın 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş aşağıdakı nəzarət tədbirləri ilə bağlı Audit proqramları təsdiq edilib:
Bakı Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, “Azərbaycan Gəncliyi 2011-2015-illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlər, Milli Arxiv İdarəsi, “Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universiteti və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına ayrılmış vəsaitlərin icrasına dair yoxlamalar aparılacaq.
Ayxan