Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti ikitərəfli münasibətləri daha da gücləndirmək məqsədilə Ermənistana edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Britaniya rəsmisi səfəri çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Səfirliyin məlumatına görə, Leo Doçerti səfəri zamanı Qarabağ münaqişəsinin indiki Ermənistan-Azərbaycan danışıqları kontekstində sülh yolu ilə həllinə çağıracaq. Eləcə də britaniyalı nazirin “Laçın dəhlizi” ilə bağlı çağırışının olacağı qeyd edilib.
Ermənistana səfərindən əvvəl Doçerti deyib: “Qarabağla bağlı məsələ minlərlə insana təsir edir və humanitar yardım göstərsək də, bu münaqişənin həllinin yeganə yolu hər iki tərəfin davamlı və vicdanla danışıqlara qoşulmasıdır”.
Doçerti Ermənistanda bir sıra sahələr üzrə aparılan islahlar barədə də bu ölkənin rəsmiləri ilə danışıqlar aparacaq. Nazir bu il baş tutacaq “Strateji Dialoq”un başlandığını elan edəcək, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına yönəlmiş “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi” imzalamağa hazır olduqlarını vurğulayacaq.
Leo Doçerti 22-23 may tarixlərində Ermənistanda olacaq.