5 Yanvar 2015 16:25
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış şairə Nurəngiz Günün anım günü təşkil olunacaq.

Bu barədə Publika.az-a AYB-in sədri, xalq yazıçısı Anar bildirib.

Onun sözlərinə görə, anım günü mərhum şairə Nurəngiz Günün vəfatının “qırx” mərasimindən sonra keçiriləcək.

Xatırladaq ki, Nurəngiz Gün 2014-cü il dekabrın 20-də 76 yaşında Bakı şəhərində vəfat edib, dekabrın 21-də isə Yasamal qəbiristanlığında dəfn olunub.


Müəllif: