22 May 2023 13:55
2 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskvadakı görüş mayın 25-də keçiriləcək, buna qədər hansısa sazişin imzalanacağını gözləmirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.

“Kommunikasiyaların açılması ilə bağlı ortaq məxrəcə gələ bilsək, yanaşmalarımızı, prinsiplərimizi bilirsiniz, bunu istisna edə bilmərəm.

Dediyim kimi, vəzifəmiz danışıqları tez bir zamanda başa çatdırmaq və sülh sazişi imzalamaqdır. Həmişə olduğu kimi, komandamız çox intensiv işləyir.

Bilirsiniz ki, Vaşinqtondan əvvəl redaktələrimizi yenidən Azərbaycan tərəfinə vermişik. Səhv etmirəmsə, dördüncü redaktə idi. İndi cavab gözləyirik, ümid edirik ki, bunlar Vaşinqtondakı müzakirələri, anlaşmaları, razılaşmaları, anlaşmanın gedişatını əks etdirəcək. Əgər məlum olsa ki, məsələn, Azərbaycan bu həftə verəcək və təhlil etmək üçün bir həftə kifayətdirsə, o təklifləri görürüksə, kompromis məntiqində yanaşmaları məqbul sayırıq, niyə də olmasın? Amma hələ ki onlardan cavab almamışıq”, - baş nazir əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər