23 May 2023 11:45
10 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyandan əvvəl Robert Köçəryan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”.

Teleqraf.com xəbər verir ki, bunu “Erməni Milli Konqresi” Partiyası sədrinin müavini Levon Zurabyan deyib.

“Nikol Paşinyana qədər münaqişənin Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığı həllinə rəsmən razılıq verən yeganə Ermənistan lideri 1998-ci il “Ümumi dövlət” proqramını qeyd-şərtsiz qəbul edən ikinci prezident Robert Köçəryan olub”, - siyasətçi bildirib.

Zurabyanın sözlərinə görə, Köçəryanın razılaşdığı “plan” Paşinyanınkı ilə müqayisə oluna bilməz. O qeyd edib ki, “Ümumi dövlət” layihəsinin əsasını “Qarabağın statusunun de-yure Azərbaycanın bir hissəsi, de-fakto müstəqil” kimi müəyyən edilməsi dayanıb. Zurabyan Köçəryanın separatçı planında söhbətin “müstəqilliyə bərabər status”dan getdiyini söyləyib.

“Paşinyan isə Qarabağın Azərbaycana birləşməsinə (qaytarılmasına) razılıq verib. Buna görə, Azərbaycanın Xankəndi və Ağdərə rayonları, prokurorluq və polis də daxil olmaqla, bütün rəhbərliyi Bakıdan təyin olunacaq”, - siyasətçi vurğulayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan dünən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını açıqlayıb. Onun sözlərinə görə, ona qədər bütün Ermənistan hökumətlərinin yanaşması belə olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər