“Nikol Paşinyan indiyədək Qarabağın Azərbaycana təhvil verilməsinin yol xəritəsini və cədvəlini cızırdı”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalifət lideri İşxan Saqatelyan deyib.
“Mənə elə gəlir ki, ayın 25-də Moskvada yeni bəyanat veriləcək, ondan sonra proses Kişinyovda davam edəcək, daha sonra (iyulda) Brüsseldə oktyabr görüşü üçün müqavilənin yeni prinsiplərini razılaşdırmağa çalışacaqlar. Orada artıq tam kapitulyasiya müqaviləsini ratifikasiya edə bilərlər”, - siyasətçi bildirib.
Saqatelyan bütün prosesin 5-6 ay ərzində tamamlanacağını iddia edib.
Ermənistan Baş naziri Nikol Paşinyan dünən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını açıqlayıb.