12 May 2014 15:24
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland Fransanın Azərbaycandakı səfirliyində Azərbaycan müxalifəti və vətəndaş cəmiyyətinin təşsilçiləriylə görüş keçirib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Müsavat Partiyasından Musavat.com-a məlumat veriblər.

Verilən məlumatda o da bildirilib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyətin əsas müzakirə mövzusu ola biləcəyi istisna deyil.

Fransa prezidenti Fransua Ollandla görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digər şəxslər iştirak edir.

Müsavat Partiyasından onu da bildiriblər ki, başqan İsa Qəmbər görüşdən partiya qərargahına döndükdən sonra bu görüş barədə ictimaiyyətə daha geniş məlimat veriləcək.


Müəllif: