Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası üzvlərinin (deputatlarının) əksəriyyəti Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına razıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr qeyd edir ki, Baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazi kimi tanıdığını etiraf etməsindən sonra hakim partiyanın deputatlarının əksəriyyəti eyni fikir üzrə açıqlamalar verməyə başlayıblar.
Paşinyanı “satqınlıq”da ittiham edən müxalif deputat Hayk Koncoryana cavabı hakim fraksiyadan olan həmkarı Lilit Stepanyan verib.
“Niyə 30 ildə Azərbaycanın bu gün Qarabağda ən qısa vaxtda gördüyü işlərin yarısını görməmisiniz?”, - Stepanyan həmkarına deyib.
Hakim partiyanın digər deputatı Akop Aslanyanın baş naziri ittiham edən müxalifətə cavabı fərqli olub:
“Bir şey dəqiqdir ki, siz hakimiyyətə gələ bilməyəcəksiniz, çünki indi hakimiyyətdə Nikol Paşinyan yox, xalqdır. Xalq o gücü xalq üçün istifadə edənlərə verib”.