25 May 2023 12:33
2 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi imzalaya bilər”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Putin bu gün Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında danışıqlarda vasitəçilik edəcək. Paşinyan etiraf edib ki, Qarabağ Azərbaycandır. Ona görə də sülh müqaviləsi mümkündür. Ancaq üç rəqabət platforması var: Rusiya, Avropa Birliyi və ABŞ.

Paşinyan Ermənistanı müttəfiqi Rusiyadan ayırmaq və Fransanın – dünyanın ən ermənipərəst ölkəsinin aparıcı rol oynadığı Avropa Birliyinin vasitəçiliyi ilə sülh müqaviləsi imzalamaq istəyir. Həm Azərbaycan, həm də Ermənistan həm Rusiyaya, həm ABŞ-a, həm də Avropa Birliyinə sayğı ilə yanaşır və üç məkanda növbə ilə danışıqlar aparır.

Bu gün növbə Rusiyanındır.

Rusiya ilə ABŞ və Avropa Birliyi arasında fərq ondadır ki, Rusiya öz sərhədlərində sabit sülh istəyir, ABŞ və Avropa Birliyi üçün isə əsas məsələ sülh deyil, Rusiyanın sıxışdırılması və manipulyasiya üçün bölgəyə girməsidir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu