25 May 2023 16:53
2 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim gördüyümüz ən mühüm şey strateji müttəfiqimizin – Rusiyanın qərarlarında baş verən geosiyasi dəyişiklikdir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Sergey Baqratyan deyib.

“Strateji müttəfiqimizin rəhbəri (Vladimir Putin) Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab etdiyini bəyan edəndə, bölgədə balans dəyişməyə başladı. Bu, tarixi faktdır”, - deputat bildirib.

Baqratyan Rusiyanı müttəfiq kimi Ermənistanın seçmədiyini söyləyib və buna Moskva tərəfindən məcbur edildiyinə eyham vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər