25 May 2023 17:16
2 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi sular durulub, sakitləşib, hətta ən sadə insan üçün də baxış bucağımız bəllidir ki, hara gedirik, xahiş edirəm, “Qarabağın müstəqilliyi”nin tanınması məsələsini gündəmə gətirin”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Ovik Ağazaryan müxalifət fraksiyasından olan həmkarlarının qarşısında çıxışı zamanı deyib.

“Əlbəttə, bu, burada təsdiqlənməyəcək. Çıxın küçələrə, insanları toplayın, təqdim edin, deyin ki, sizi aldadıblar, əzizlərim, gəlin birləşək “vətəni xilas” edək. Baş nazir getsin, deməyin. Baş nazir bir qurumdur, baş nazir şəxs deyil”, – Ağazaryan bildirib.

Deputat qeyd edib ki, Nikol Paşinyan xalqı təmsil edir:

“Bəlkə səhv etmişik, bəlkə də aldatmışıq, siz xalqa təqdim edin, o da başa düşsün”.

Ermənistan baş naziri bundan əvvəl Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını açıqlayıb. Onun bu açıqlaması müxalifətin etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər