26 May 2023 00:03
8 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb – ABŞ və Avropa İttifaqı Qarabağla bağlı məsələlərə qarışmır, qarışan varsa, o da Rusiyadır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert ərazilərimizdəki separatçıların Rusiyaya tabe olduqlarını bildirib:

“Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarovadan sonra növbə müdafiə naziri Sergey Şoyquya çatıb. Şoyqu son açıqlamasında Ukrayna mövzusunu bitirdikdən sonra Qarabağa keçib və bunları deyib: “Qərb hər vasitə ilə Qarabağdakı vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”.

Əvvəl deyirdilər ki, Qərb Ermənistana müdaxilə edir, hazırda cümlədəki “Ermənistan” sözünü “Qarabağ”la əvəz ediblər.

Qarabağda Rusiyadan başqa heç bir dövlətin hərbi kontingenti yoxdur. Digər tərəfdən, Qarabağ separatçıları Qərbə deyil, Rusiyaya tabedirlər. Belə olan halda Qərb Şoyqunun təbirincə desək, Qarabağdakı duruma necə və hansı alətlərlə müdaxilə edə bilər? Qərbin Qarabağa müdaxilə etməsinə birinci növbədə Azərbaycan imkan verməz, çünki bu ölkəmizin maraqlarına ziddir. Bunu bilən Qərb – ABŞ və Avropa İttifaqı Qarabağla bağlı məsələlərə qarışmır, qarışan varsa, o elə Rusiyadır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər