Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının rəhbəri Tiqran Abramyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatlarının sabiq prezident Serj Sərkisyanla bağlı iddiasına cavab verib.
Teleqraf.com xəbər verir ki, deputatlar Sərkisyanın hakimiyyəti dövründə ordunun 1980-ci illərdən qalma silahlarının belə olmadığını deyiblər.
Abramyanın hakim partiyanın deputatlarına verdiyi cavab bir az qəribə alınıb:
“Əgər Serj Sərkisyanın hakimiyyəti dövründə silah-sursat yox idisə, bu gün Bakıda Qənimətlər Parkında 5 milyard dollarlıq hansı silah və texnika nümayiş etdirilir?”.