12 May 2014 15:43
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında bağlanmış atəşkəs müqaviləsinin 20 ili tamam olur. Dağlıq Qarabağda müharibənin dayandırılmasını nəzərdə tutan “Bişkek protokolu”nun imzalanmasından sonra Azərbaycan müxalifəti Milli Müqavimət Hərəkatı (MMH) yaratmışdı.


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında toplaşan müxalifət cameəsi zaman-zaman milli məsələlərlə bağlı Müqavimət Hərəkatı yaradıb.

AMİP lideri Etibar Məmmədov Teleqraf.com-a açıqlamasında söylədi ki, keçmişə nəzər salmağa ehtiyac yoxdur: “İndiki proseslər kontekstində məsələlərə baxılmalıdır”.

O, hazırda Müqavimət Hərəkatının zəruri olub-olmaması barədə suala cavab vermək istəmədiyini və “Bişkek protokolu”nun Azərbaycana indiyədək heç bir faydası olmadığını bildirib: “Bu protokol münaqişənin həllində Azərbaycanın əl-qolunu bağlayan bir sazişdir”.

Nərgiz


Müəllif: