ABŞ dövlət katibinin Dövlət Enerji Ehtiyatları Bürosu üzrə (ENR) köməkçisi Cefri Payat Azərbaycana səfəri edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər 2 iyun tarixinədək davam edəcək.
Bildirilib ki, Payat Bakıda Neft və Qaz Sərgisi, Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji Sərgisi və Bakı Enerji Forumundan ibarət olan 28-ci illik Bakı Enerji Həftəsində iştirak edəcək.
O, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə görüşlər keçirəcək.