31 May 2023 16:15
3 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan xarici işlər naziri Peter Siyartonun yaxın vaxtlarda Ermənistana səfəri gözlənilir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Macarıstanın baş nazirinin müavini deyib.

Paşinyan qeyd edib ki, bu, ikitərəfli əməkdaşlığı yeni səviyyəyə çıxarmaq üçün qarşılıqlı istəkdən xəbər verir.

Macarıstan hökuməti 2012-ci ildə azərbaycanlı zabit Ramil Səfərovu Azərbaycana ekstradisiya etdikdən sonra Ermənistan bu ölkə ilə əlaqələrini kəsmişdi. İkitərəfli əlaqələr ötən ilin sonlarında yenidən bərpa edilib.

Ramil Səfərov 2004-cü ilin fevralında Macarıstanda Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə məhv etmişdi.

Macarıstanda ömürlük həbs cəzasında məhkum olunan Ramil Səfərov 2012-ci ildə Bakıya gətirilib və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv edilib. Peter Siyarto o gündən bəri Macarıstandan Ermənistana səfər edəcək ilk yüksək çinli dövlət rəsmisi olacaq. Səfərin nə vaxt baş tutacağı açıqlanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər