“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla bugünkü görüş çox önəmlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Kişinyovda keçirilən 2-ci Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə Avropa Şurasının prezidenti Şarl Mişel deyib.
“Bu gün mühüm görüş var. Bir neçə həftə əvvəl Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım oldu. Müəyyən irəliləyiş əldə etmişik, ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətləri tənzimləmək üçün ümumi siyasi iradəni bir daha təsdiqləmək imkanı verəcək”, - prezident bildirib.