1 İyun 2023 16:28
1 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün Qarabağ tezliklə yazılı şəkildə Azərbaycana təhvil veriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

Sabiq nazir Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasının sözdə qalmayacağını söyləyib:

“Nikol Paşinyan ilk dəfə şifahi olaraq Qarabağı Azərbaycana təhvil verdi, şübhəsiz ki, tezliklə yazılı şəkildə də təhvil verəcək”.

Oskanyan Azərbaycan Prezidenti İlham Əliyevin separatçı rejimə özünü buraxmaq və təslim olmaq tələbinə diqqət çəkib və qeyd edib ki, artıq buna ABŞ-dan rəsmi dəstək gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər