2 İyun 2023 12:40
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də parlamentdə keçiriləcək andiçmə mərasimində beynəlxalq iştirak yüksək olacaq.

Teleqraf.com xəbər verir ki, 20 lider və 45-ə yaxın nazir andiçmə mərasiminə qatılacaq.

Mərasimdə türk cümhuriyyətləri – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Türkmənistan və Qırğızıstan geniş heyətlə təmsil olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, digər ölkələrin liderləri də mərasimdə iştirak edəcəklər.

Somali, Əlcəzair və Balkan ölkələrindən iştirak prezident səviyyəsində olacaq. Qətər Baş naziri Əl-Taninin iştirakı da gözlənilir. Eləcə də Birləşmiş Ərəb Əmirliklərinin əmiri Məhəmməd bin Zayed də Türkiyəyə gələcək.

Məlumata görə, NATO baş katibi Yens Stoltenberqin də Prezident Ərdoğanın andiçmə mərasimində iştirakı mümkün sayılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər