İyunun 3-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Xatırladaq ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.
Daha sonra Türkiyə Prezidentinin səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.