“Biz Qarabağ əhalisindən onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq, ona görə də onların statusunu müəyyən etməyə hüququmuz yoxdur, biz belə bir iddia irəli sürməmişik və belə bir işə cəhd də etmirik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində etməyə çalışdığımız yeganə şey udur: hesab edirik ki, bu nizamlanma çərçivəsində Qarabağ əhalisinin və rəsmi Bakının danışıqlar apara, mövcud məsələləri müzakirə edə biləcəyi bir dialoq platforması, dialoq mexanizmi yaradılmasa, bu nizamlanma real və tam ola bilməz. Bu, Qarabağ əhalisinin gələcəyi üçün vacibdir. Biz Qarabağın statusu ilə bağlı danışıqlar aparmırıq və belə bir ambisiyamız yoxdur”, - nazir bildirib.