6 İyun 2023 10:21
4 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi gecə saatlarında vəkil Şəfiqə Nağıyevanı prodüser Tarix (Tolik) Əliyevin doğum günündən çıxarkən avtomobil vurub.

Vəkilin oğlu Samir Nağıyev Teleqraf.com-a açıqlamasında Şəfiqə Nağıyevanın səhhətinin normal olduğunu deyib:

"Hazırda səhhəti normaldır, evdədir. Ötən gün axşam xəstəxanaya aparılıb. Bədənində əzik və əzələ dartılması var, sınıq yoxdur. Hadisə Tarix Əlievin ad günündən çıxarkən baş verib".

Vəkilin oğlu "Ananız avtomobili idarə edən şəxsi hüquq-mühafizə orqanlarına şikayət edəcəkmi" sualına "Bilmirəm, dəqiq məlumat verə bilmərəm. Mən orada olmamışam", - deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər