6 İyun 2023 12:07
4 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycanla danışıqlar strategiyası təslim olmaqdır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.

“Nikol Paşinyanın Türkiyəyə səfərini diplomatik uğur hesab etmirəm. Sadəcə Türkiyə bunu istədi, o da getdi. Ermənistan elə bir diplomatiya aparmır ki, Türkiyə Nikol Paşinyanı buna görə dəvət etsin. Nikol Paşinyanın siyasi kursu Türkiyə və Azərbaycanın məqsədlərinə zidd deyil. Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün hər zaman ilkin şərtlər qoyub. Türkiyə soyqırımı (qondarma) tanımaqdan imtina etməklə yanaşı, Ermənistandan Qarabağa iddiadan imtina etməyi tələb edir. İndi Türkiyənin bütün tələbləri yerinə yetirilir. Ona görə də Türkiyə Ermənistana siyasi jest göstərmək qərarına gəlib”, - ekspert bildirib.

Akopyanın iddiasına görə, Ermənistan hakimiyyəti qarant kimi Rusiya və ya Qərbi yox, Türkiyəni görür.

Politoloq tez-tez Bakı və İrəvan arasında baş tutan görüşlərə və müzakirələrə də toxunub:

“Bu görüşlər əsasən Qarabağla bağlıdır. Anklavlar (Qazaxın 7, Naxçıvanın 1 kəndi) da müzakirə olunur, kommunikasiyalar, demarkasiya və delimitasiya məsələləri də var. Ola bilsin ki, bu haqda açıq danışmırlar, amma digər mənbələr, məsələn, Azərbaycan prezidenti bu haqda açıq bildirir. Qərbdən, Rusiyadan da məlumatlar alırıq”.

Akopyan qeyd edib ki, Ermənistanın Azərbaycanla danışıqlar strategiyası təslim olmaqdır. Ekspert İrəvanın anklavları və Qarabağın dağlıq hissəsini təhvil verməyə hazır olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər