“Ermənistanla Azərbaycan arasında münaqişənin həlli hər iki tərəf üçün faydalı olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri ilə görüşü zamanı deyib.
Lukaşenko vurğulayıb ki, KTMT ərazisində silahlı münaqişələrdən çəkinmək lazımdır:
“Bunlardan biri Ermənistan-Azərbaycan münaqişəsidir. Həm Ermənistana, həm də Azərbaycana faydalı olması üçün səbir və məsələnin həlli üçün cəhdlər lazımdır”.