12 İyun 2023 12:53
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda 44 günlük müharibədən sonra Azərbaycanla sərhəddə baş verən toqquşmalarla bağlı istintaq araşdırmaları davam edir.

Ermənistanın hərbi rəhbərliyi məğlubiyyətin günahını müxtəlif zabitlərin üzərinə qoymaq məqsədilə çoxsaylı cinayət işi açıb.

Bu cinayət işlərinin birində Azərbaycan Ordusunun ermənilərin məxfi saxlanılan döyüş xəritəsini ələ keçirməsindən bəhs olunur.

Ermənistan mediası yazır ki, 11 dekabr 2020-ci il tarixində Ermənistana məxsus hərbi hissələrin birinin baş qərargah rəisi, mayor V.K. və rəhbərlik etdiyi şəxsi heyət Azərbaycan Ordusuna müqavimət göstərə bilməyib və geri çəkilməyə məcbur olub. Onlar geri çəkilərkən, məxfi döyüş xəritəsini götürməyiblər.

Azərbaycan Ordusunun ələ keçirdiyi döyüş xəritəsində Ermənistanın sərhəd boyunca bir sıra mövqeləri haqda bütün sirlər ifşa olunub.//Publika.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər