Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan sabah Prezident Rəcəb Tayyib Ərdoğanla Bakıya gələcək.
Bu barədə Sinan Oğan Teleqraf.com-a özəl açıqlamasında bildirib.
Oğan Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərində müşayiət edəcək.
"Sabah mən də Bakıya gələcəyəm", - o qeyd edib.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs yığıb. “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan isə 5,17% səs toplayıb.
Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləyib.