13 İyun 2023 15:36
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Nə qədər tez olsa, bir o qədər yaxşıdır".

Teleqraf.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibdə görüşdən sonra mətbuata verilən birgə bəyanatda bildirib.

"Biz Zəngəzur dəhlizi haqqında da fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq və dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə iş birliyi məsələlərinə müsbət təsir göstərəcək", - deyə o qeyd edib.

"Bizim Türkiyə ilə enerji sahəsində işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni bərpa olunan enerji növləri üzrə əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində fəal əməkdaşlıq edirik. Hər dəfə görüşəndə nəqliyyat məsələlərini də geniş müzakirə edirik. İndiki geosiyası şəraitdə Orta Dəhlizin önəmi daha da artıb. Azərbaycan üzərindən, yəni Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda öz nəqliyyat və logistika imkanlarımızı genişləndiririk, Bakı Limanının yükaşırma imkanlarını illik 25 milyon tona qədər genişləndiririk, dəmir yolu və digər nəqliyyat infrastrukturunu ən müasir səviyyəyə gətirib çıxarırıq", - deyə dövlət başçısı əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər