16 İyun 2023 16:20
3 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq nazir Elmar Məmmədyarov Premyer Liqadakı komandaların sayının 12-yə çatdırılması haqqındakı müzakirəyə səbəb olan açıqlamasına aydınlıq gətirib.

Elmar Məmmədyarov Teleqraf.com-a fikirlərinin yanlış anlaşıldığını deyib:

"Mənim fikrim belədir ki, Azərbaycan futbolunun inkişafı üçün Premyer Liqada 12 komanda olsa, daha sərfəli olar. Bu, futbolun inkişafı üçün çox önəmli olar. Azərbaycan Premyer Liqasında 10 komandadan 12-yə qaldırsınlar. Bu məsələ gec-tez öz həllini tapacaq. Buna bir qram da şübhə yoxdur. Baxmayaraq ki, bəzi ciddi məsələlər var, stadion, infrastruktur, oyunçular və s. Bunlar gündəmdədir. Ümumiyyətlə, mənim fikrim ondan ibarətdir ki, Premyer Liqada komandaların sayı 12 olsa, Azərbaycan futbolunun inkişafı üçün önəmli olar".

Qeyd edək ki, Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasında 12 komandanın iştirak edəcəyini açıqlayıb.

Sabiq nazirin fikirlərini AFFA təkzib edərək Premyer Liqada 10 komanda olacağını vurğulayıb.





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər