Altı Afrika ölkəsinin dövlət rəhbərləri Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gəlib.
Bu barədə Vladimir Putinin müşaviri, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumun (SPBİF) təşkilat komitəsinin icraçı katibi Anton Kobyakov bildirib.
"İndi onların görüşü olacaq" - deyə müşavir brifinqində jurnalistlərə məlumat verib.
Mayın ortalarında Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa bəyan etmişdi ki, o, Vladimir Putin və Vladimir Zelenskiyə Zambiya, Seneqal, Konqo, Uqanda, Misir və Cənubi Afrika Respublikası adından sülh təşəbbüsü layihəsi təqdim edib.
Onun sözlərinə görə, həm Moskva, həm də Kiyev Afrika dövlətləri başçılarının missiyasını qəbul etməyə razılaşıblar.
Bir gün əvvəl missiya Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparıb.
İyunun 14-17-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.