19 İyun 2023 17:21
2 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur dəhliz açılsa, Ermənistan İranla əlaqəni itirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu iranlı siyasi ekspert Məhəmməd İsmayıl Əlixani deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycana cənubda - İranla sərhəddə ərazi versə, İranın qonşusu olmaqdan çıxacaq.

“İran Ermənistanla ən qısa sərhədə malikdir - 38 kilometr. Bu, İran və Avropa arasında əlaqə qapılarından biridir və böyük əhəmiyyət kəsb edir. Bu durumda Zəngzur dəhlizi açılsa, Ermənistan cənubla əlaqəsini itirəcək və ermənilər İrana gəlmək üçün Azərbaycanın razılığını və icazəsini alamlı olacaqlar”, - Əlixani bildirib.

Molla rejimi uzun müddətdir Zəngəzur dəhlizinə qarşı kampaniya aparır. Zəngəzur dəhlizinə Turan qapısı kimi baxan Tehran bu durumdan əndişəlidir. Dəhlizin açılmasının qarşısını almağa çalışan Tehran Ermənistanı özünün “qırmızı xətt”i adlandırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər