“10 noyabr bəyanatını niyə imzaladım? Şuşanın “itirilməsi” (Azərbaycan tərəfindən azad edilməsi) prosesi burada dönüş rolunu oynadı”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasında dindirilmə zamanı deyib.
“Şuşanın “itirilməsindən” sonra Xankəndi hücuma məruz qalacaq, hərbçilərə təzyiq qaçılmaz olacaq, ən əsası isə 25 minə yaxın əsgərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşəcəkdi. 10 noyabr bəyanatı artıq bizim müharibəni dayandırmaq üçün beşinci cəhdimiz idi”, - baş nazir bildirib.