20 İyun 2023 16:02
3 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağın subyektivliyi” bizim üçün anlaşılan məsələnin həllinə ən azı zəif ümid yarada bilərdi, amma Qarabağın danışıqlar prosesindən kənarda qalması Ermənistanın münaqişənin nizamlanmasına dair baxışını reallaşdırmağa olan zəif ümidlərini puç etdi, çünki “Dağlıq Qarabağ danışıqlar aparan tərəf” deyil, ona görə mövzu da deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə məşğul olan istintaq komissiyasında dindirilmə zamanı bildirib.

“Əgər bu mövzu deyilsə, o zaman “öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı erməni mövqeyinin beynəlxalq səviyyədə başa düşülməsinə dair nəzəri ümid belə təhlükə altındadır. Təbii sual yaranır: kim öz müqəddəratını təyin edir və o haradadır?

Dağlıq Qarabağ (separatçıları) danışıqlar prosesindən kənarda qoyulanda Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yeganə məsul subyektinə çevrildi. Həmin qətnamələrdə Dağlıq Qarabağın erməni qüvvələri əraziləri işğal etməkdə ittiham olunurdu və Ermənistan bu qüvvələri həmin ərazilərdən çıxarmaq üçün öz təsirindən istifadə etməyə çağırılırdı. Dağlıq Qarabağ danışıqlar prosesindən çıxarılanda həmin qətnamələrdəki ittihamların oxları Ermənistana yönəldi. 1999-cu ildən Ermənistan danışıqlar masası arxasındadır. Dağlıq Qarabağ danışıqlara daxil olmadığından beynəlxalq təzyiqlər avtomatik olaraq Ermənistana yönəldilib. Bununla əlaqədar olaraq, Dağlıq Qarabağ məsələsi tədricən Azərbaycan və Ermənistan arasında ərazi mübahisəsi kimi qəbul olunmağa başladı ki, bu da Dağlıq Qarabağ məsələsi üçün mümkün olan ən mənfi fon idi”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, ərazi mübahisəsinə çevrilmə halları 1998-1999-cu illərdə danışıqlar masasına ərazi mübadiləsi konsepsiyası yarananda ifadə olunub: “Buna görə Ermənistan Qarabağı almaq üçün öz ərazisinin bir hissəsini Azərbaycana verməli idi. Əgər Qarabağı almaq üçün ərazinizin bir hissəsini verməli olursansa, bu o deməkdir ki, sən Qarabağı Azərbaycan kimi tanıyırsan və öz ərazini danışıqlara qoyursan”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər