“Avropa Birliyi ölkələri Rusiya ilə ticarətdən imtina etdikdən sonra onları Çin, Hindistan, Türkiyə və Azərbaycan əvəz edib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində RİA “Novosti”yə müsahibəsində deyib.
“Müqəddəs yer heç vaxt boş qalmaz. Çin çox ciddi şəkildə inkişaf edir. Hesab edirəm ki, kataklizmlər olmasa, ticarət dövriyyəsinin 200 milyard dollar olması ilə bağlı ölkələrimizin rəhbərləri tərəfindən qarşıya qoyulan vəzifə bu il yerinə yetirilə bilər. Hindistan, Türkiyə, Azərbaycanla ticarət çox güclü inkişaf edir. Bu ölkələr artıq bizim Avropa ilə ticarətimizi əvəz ediblər: cənub və şərq istiqamətləri çox fəal inkişaf edir”, - Rusiya rəsmisi bildirib.