"Yüksəliş" müsabiqəsi gənclərə özlərini göstərmək üçün şans yaradır. İndiyə qədər müsabiqədə təxminən 13 500 nəfər iştirak edib.
Teleqraf.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində bildirib.
Nazir qeyd edib ki, müsabiqə üç mərhələdən ibarətdir: "Nəticələr açıqlandıqdan sonra nazirlikdə qaliblərlə görüşürük. Qaliblər çox maraqlı insanlardır. Düşünürəm ki, bu müsabiqə inkişaf etdirilməlidir, çünki bizə lazımdır. Görürük ki, ölkədə nə qədər savadlı gənc var. Dövlət qurumaları arasında əməkdaşlıq nəticəsində birlikdə hansısa nəticə əldə edə bilərik".