"Azərbaycanın müstəqillik tarixində ilk dəfə dövlət və özəl sektorda bağlanılan əmək müqavilələrinin sayı bərabərləşib".
Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində bildirib.
O hesab edir ki, bu, iqtisadiyyatın şaxələndirilməsi baxımından vacibdir: "Bu fakt ölkədə özəl sektorun əhəmiyyətini və imkanlarını vurğulayır. Özəl müəssisələrin sayının davamlı artımı və inkişafı onların Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynamasından xəbər verir. Bu tərəqqi dövlət və özəl sektor arasında əməkdaşlıq üçün yeni perspektivlər açır, ölkənin iqtisadi sabitliyinə və yüksəlişinə töhfə verir".